soyuducu qurğu

ру холодильная установка en refrigerating plant de Kälteanlage fr installation frigorifique es planta frigorífica it impianto frigorifero
soyuducu qurğu
soyuducu maşın
OBASTAN VİKİ
Soyuducu
Soyuducu - istilik tәcridinә malik olan kamerada yeməklərin saxlanması üçün tətbiq olunan elektrik qurğudur. Soyuducu demək olar ki, hər ailədə mövcuddur. Soyuducunun işləmə prinsipi istiliyi işçi kameradan götürüb xarici mühitə verən istilik nasoslarına əsaslanır. Həmçinin sənaye soyuducuları da mövcuddur. Onların kameraları yüzlərlə kubikmetr həcmində olur və iri kombinatlarda, yeməkxanalarda tətbiq olunurlar. Soyuducular iki tipə bölünürlər: qida məhsullarını saxlamaq üçün orta temperaturlu soyuducular və aşağı temperaturlu dondurucular. Son zamanlarda hər iki kameraları özündə kombinasiya edən soyuducular hazırlanır. İlk iki kameralı soyuducu "General Elektrik" tərəfindən hazırlanmışdır. İçərisinə buz doldurulmuş, qida məhsullarını saxlamaq üçün tətbiq edilən soyuducu otaqlar hələ bir neçə min il əvvəl mövcud olsa da, ilk soyuducu qurğusu XIX əsrdə yaranır. Bu qurğu doldurulmuş buzun tez-tez dəyişdiirlməsini tələb edirdi.
Smart soyuducu
Smart soyuducu – soyuducu növü. Ağıllı soyuducu və ya İnternet soyuducu internetə qoşulmuş sensor ekranı olan və bəzən elementləri olan daxili virtual səs köməkçisi olan daxili kompüterin olduğu bir soyuducudur. İlk İnternet soyuducuları dot-com bumun zirvəsində meydana çıxdı, ilk modellər arasında LG Electronics-dən Digital Dios və Electrolux-dan Screen Fridge dir. İlk internet soyuducuları baha idi(məsələn, LG-nin soyuducusu 8000$ qiymətindədir). Alış-verişə haqq qazandırmaq üçün İnternet soyuducuları müxtəlif proqramlarla, o cümlədən kabel televiziyasına çıxış, video telefon, media pleyer və s. Bəzi istehsalçılar ağıllı evə nəzarət etmək üçün soyuducuda mərkəzi server yerləşdirməyi, digərləri isə alış qiymətini azaltmaq üçün soyuducunun ekranında reklam yerləşdirməyi planlaşdırırdılar. Bununla belə, satışın ilk bir neçə ili son dərəcə uğursuz oldu və 2003-2005-ci illərdə əksər məişət texnikası istehsalçıları internet soyuducularının istehsalını dayandırdılar və ya artıq hazırlanmış və elan edilmiş modelləri bazara çıxarmağa başlamadılar. Uğursuzluqlara baxmayaraq, bir çox istehsalçı kommersiya baxımından uğurlu İnternet soyuducu modelini buraxmağa davam edir. Əsas problem odur ki, istehsalçıların İnternet soyuducularını təchiz etdiyi xüsusiyyətlərin əksəriyyəti, bir qayda olaraq, potensial alıcıların artıq malik olduğu digər cihazlardan - smartfonlar, planşetlərdən və noutbuklardan istifadə etməklə daha yaxşı yerinə yetirilir. Belə bir soyuducunun alınmasını əsaslandıra biləcək əsas funksiya - məhsulların mövcudluğuna və təzəliyinə nəzarət - mövcud texnologiya inkişafı səviyyəsi ilə onlar tərəfindən tam yerinə yetirilə bilməz.
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı. Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur.
Radioverici qurğu
Radioverici qurğu — informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: Yüksək tezlikli rəqsin generasiyası; Yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; Yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur.
Şreder (qurğu)
Şreder (ing. shredder — xırdalayan, qırımtalayan) ofislərdə kağızı çox xırda hissələrə kəsən xüsusi ofis avadanlığı. Hökumət idarələri, şirkətlər və fiziki şəxslər tərəfindən informasiyaların yayılmaması üçün yazışmaların, bank hesablarının, kredit kartlarının və digər vacib sənədlərin məhv edilməsi üçün istifadə edilir.
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Elektron kitab (qurğu)
Elektron kitab qurğusu (ing. e-book reader) – elektron kitabların saxlanması və oxunması üçün istifadə olunan aparat vasitəsidir. (çəkisi təxminən 600 qrama bərabər olan xüsusiləşdirilmiş mikrokompüterdir) Həcmi minimum 16 mb olan elektron kitab fləş-yaddaşın köməyi ilə qurğuda saxlanılır. Bu da minimum 3200 mətn səhifəsini və ya ən azı 10-a qədər orta həcmli kitabı saxlamağa imkan verir. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda: məs. Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, HTML hipermətn dili vasitəsilə yaradılan mətn formatında və ya ZIP, RAR, ARJ – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarət olan fayldır. Həmin mətnlər HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formalaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Elektron kitabda fayl dedikdə oraya – şəkil, qrafik, diaqram, səs də daxil edilə bilər. Elektron kitab qurğularını planşet kompüter sinfinə daxil etmək olar.
Mina (partlayıcı qurğu)
Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Fransada hələ Birinci dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər.
Quraşdırılabilən qurğu drayveri
Quraşdırılabilən qurğu drayveri (ing. installable device driver ~ ru. устанавливаемый драйвер устройства ~ tr. yüklenebilir aygıt sürücüsü) – adətən, əməliyyat sistemində olan bənzər, ancaq daha “zəif” proqramı və ya funksiyanı əvəzləmək üçün əməliyyat sisteminin tərkibinə daxil edilən qurğunun idarəedilməyə kömək proqramı (drayveri). Kompüterin Rom, Rom, HDD, SSDnin gördüyü işi daha sürətli, daha rahat görməsi üçündür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Raket buraxıcı qurğu
Raket buraxıcı qurğu idarə olunan bir raketi buraxmaq üçün istifadə olunan qurğudur. Partlayıcı başlığıı olan sursata malik olur. Bir çox növləri var və ümumiyyətlə tarix boyu müxtəlif ölkələr tərəfindən istehsal edilmişdir. Fərqli məqsədlər üçün partlayıcı və dağıdıcı, yəni material əleyhinə və ya heyət əleyhinə istifadə edilə bilər.
Şlyuz (hidrotexniki qurğu)
Şlyuz — çay və ya kanallarda müxtəlif səviyyələrdəki su yolları arasındakı suyun səviyyəsini dəyişdirərək su nəqliyyatı vasitələrinin qaldırıldığı və endirildiyi hovuz. Şlyuzlar bir çayda hərəkəti asanlaşdırmaq və ya düz olmayan torpaqların üstündən bir kanal keçirmək üçün istifadə olunur.
Açarın imtinasını ehtiyatlandıran qurğu
Açarın imtinasını ehtiyatlandıran qurğu, qısaca: AİEQ — gərginliyi 1 kV-dan yüksək olan elektrik şəbəkələrinin avtomatika növüdür və qəza vəziyyətlərində qəza baş vermiş hissənin açarının imtinası halında sonrakı hissənin açarının açılması üçün nəzərdə tutulmuşdur. Şəbəkədə qısaqapanma baş verdikdə, zədələnmiş hissənin rele mühafizəsi baxılan hissənin açarının açılmasına siqnal verir. Eyni zamanda AİEQ-in işəsalma orqanları ehtiyat açarın işləməsi üçün kifayət olan dözmə müddəti ilə ən yaxın açarın açılmasına təsir edir. AİEQ-in müvəffəq işləməsi zamanı, o əvvəlki vəziyyətinə qayıdır və bloklanır. Açarın hər-hansı bir səbəbdən açılmadığı halda (mexaniki hissənin və onun idarəetmə dövrəsinin nasazlığı), qoyulmuş dözmə müddətindən sonra sonra AİEQ zədələnmiş xətti qidalandıran və elektrik mənbəyinə yaxın olan bütün açarlara təsir edir. AİEQ-in işləməsi üçün iki şərt yerinə yetirilməlidir: Zədələnmiş xəttin açarının açılması üçün rele mühafizəsinin işləməsi. Zədələnmənin hər hansı bir səbəbdən aradan qaldırılmadığını bildirən qəza parametrlərinin olması. AİEQ-in tətbiqi əsas mühafizəyə əlavə olaraq ehtiyat mühafizə kimi nəzərdə tutulduğuna görə, AİEQ rele mühafizəsinin imtinasını ehtiyatlandırmır. Eyni zamanda, bir mühafiizə dövrəsindəki nasazlığın digərinin imtinasına səbəb olmaması üçün hər bir mühafizə dövrəsinin bir-birindən asılılığı olmamalıdır. (əməliyyat sxemlərinin qidası müxtəlif qoruyuculardan və ya açarlardan yerinə yetirilir.
Kursoru idarə edən qurğu
Kursoru idarə edən qurğu (ing. Relative pointing device) — məsələn, siçan və ya trekbol; kursorun ekranda yerdəyişməsi həmin qurğunun yeri ilə deyil, onun yerdəyişməsi ilə bağlıdır. Məsələn, siçan masanın üzərində başqa yerə qoyulsa, ekranda kursorun yeri dəyişməyəcək, çünki bu halda siçanın kürəciyi fırlanmayacaq. Başqa növ qurğularda – mütləq göstərici qurğularda (məsələn, qrafik planşetlərdə) müəyyən zona çərçivəsində qurğunun yeri həmişə ekranda kursorun qabaqcadan müəyyən olunmuş yeri ilə bağlıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Açarın imtinasını ehtiyatlandıran qurğu (AİEQ)
Açarın imtinasını ehtiyatlandıran qurğu, qısaca: AİEQ — gərginliyi 1 kV-dan yüksək olan elektrik şəbəkələrinin avtomatika növüdür və qəza vəziyyətlərində qəza baş vermiş hissənin açarının imtinası halında sonrakı hissənin açarının açılması üçün nəzərdə tutulmuşdur. Şəbəkədə qısaqapanma baş verdikdə, zədələnmiş hissənin rele mühafizəsi baxılan hissənin açarının açılmasına siqnal verir. Eyni zamanda AİEQ-in işəsalma orqanları ehtiyat açarın işləməsi üçün kifayət olan dözmə müddəti ilə ən yaxın açarın açılmasına təsir edir. AİEQ-in müvəffəq işləməsi zamanı, o əvvəlki vəziyyətinə qayıdır və bloklanır. Açarın hər-hansı bir səbəbdən açılmadığı halda (mexaniki hissənin və onun idarəetmə dövrəsinin nasazlığı), qoyulmuş dözmə müddətindən sonra sonra AİEQ zədələnmiş xətti qidalandıran və elektrik mənbəyinə yaxın olan bütün açarlara təsir edir. AİEQ-in işləməsi üçün iki şərt yerinə yetirilməlidir: Zədələnmiş xəttin açarının açılması üçün rele mühafizəsinin işləməsi. Zədələnmənin hər hansı bir səbəbdən aradan qaldırılmadığını bildirən qəza parametrlərinin olması. AİEQ-in tətbiqi əsas mühafizəyə əlavə olaraq ehtiyat mühafizə kimi nəzərdə tutulduğuna görə, AİEQ rele mühafizəsinin imtinasını ehtiyatlandırmır. Eyni zamanda, bir mühafiizə dövrəsindəki nasazlığın digərinin imtinasına səbəb olmaması üçün hər bir mühafizə dövrəsinin bir-birindən asılılığı olmamalıdır. (əməliyyat sxemlərinin qidası müxtəlif qoruyuculardan və ya açarlardan yerinə yetirilir.

Значение слова в других словарях